XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 10:45

Cinayətkarları yaxalayan “ağıllı eynək”- FOTO

Çin polisləri cinayətkarları tutmaq üçün “ağıllı” eynəklərdən istifadə edirlər.

Azərtac billionnews.ru saytına istinadla xəbər verir ki, bu eynəklər vasitəsilə şəkil, video çəkmək və digər funksiyaları yerinə yetirmək mümkündür. Eynəyin başlıca funksiyalarından biri də insanların sənədlərinin yoxlanılması məqsədilə üzdən tanınması texnologiyasıdır. Belə ki, eynəkdən gələn informasiya “Android” sistemi ilə işləyən smartfona bənzər qurğuya ötürülür.

Maraqlıdır ki, bir ay ərzində bu eynəklərin köməyi ilə saxta sənəd gəzdirən 26 nəfər aşkarlanıb, axtarışda olan 7 cani tutulub.