XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Mart 2018 - 16:58

Məşhur müğənniyə məxsus villa satışa çıxarılıb- 145 milyon avroya

İspan müğənni Xulio İqlesias villasını satışa çıxarıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Malaqa şəhərində yerləşən villa 45 hektar ərazini əhatə edir. 

Sənətçi ona 145 mln. avro qiymət qoyub. Daşınmaz əmlak 12 otaqdan, 8 hamamdan, ayrıca səsyazma otağından, 6 qarajdan, hovuzdan və şərab saxlamaq üçün şəraitin olduğu zirzəmidən ibarətdir. Bundan başqa, villanın ərazisində 5 otaqlı qonaq evi də var.