XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

19 Mart 2018 - 19:54

Körpə uşaqlar da düşünə və plan qura bilir –Yeni tədqiqat

 

Körpələr də məntiqli düşünə və planlar qura bilir.

Novator.az-ın məlumatına görə, ABŞ-ın Mars Hill Universitetinin tədqiqatının nəticələri belə göstərir. Aparılan bir sıra eksperimentdə 1 yaşına çatmayan uşağın da düşünmə qabiliyyəti olduğu üzə çıxıb. Tədqiqat zamanı uşaqlara indiyə qədər görmədikləri əşya dəsti göstərilib. Uşaqlar onlara tanış olmayan əşyalara daha çox diqqət yönəldiblər. Həmin əşyalara baxan zaman onların göz bəbəyi böyüyüb, bu isə beyində fəallıq həddinin yüksəlməsi ilə izah olunur. Alimlər beyin fəallığı ilə bağlı məlumatlara əsaslanaraq belə nəticəyə gəliblər: hələ danışa bilməyən uşağın da düşüncə qabiliyyəti var, yəni məntiqi düşüncə hər kəsə xarakterik olan anadangəlmə xüsusiyyətdir.

Alimlər uşaq beyninin daha optimal inkişafı üçün yaşıllıq çox olan yerdə yaşamağı tövsiyə edir. Barselonada aparılan tədqiqat göstərib ki, yaşıllıqlar sayəsində uşaqların diqqəti və yaddaşı yaxşılaşır. Yaşıllıq ətrafında yaşayan orta məktəb şagirdlərinin beyninin müəyyən hissələrində ağ və boz maddələr daha çox olub. Bu, yaddaşın yaxşılaşması və diqqətsizlik səviyyəsinin azalması əlamətidir.

Mütəxəssislər yaşıllığın uşağın psixikası üçün də faydalı olduğunu qeyd edirlər.