XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2018 - 11:07

88 yaşlı qadın elmlər doktoru olub- Yaponiyada

Yaponiyanın Kioto şəhərində yerləşən Ritsumaykan Unversitetində 88 yaşlı xanım Kiyoko Ozeki qədim toxuculuq məmulatları sahəsində tədqiqatlarına görə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, həmin xanım 30 ildən çox bir müddətdə ölkədə Zyomon dövrünə aid parça və toxuculuq məmulatlarının hazırlanması üzrə araşdırma aparıb.

K.Ozekinin Yaponiyada parçaların yaranma mədəniyyətinin və onların xarakteristikasının tədqiqinə həsr olunan elmi işi universitetin attestasiya komissiyası tərəfindən yüksək qiymətləndirilib.

Elmi dərəcənin onu daha da həvəsləndirdiyini deyən T.Ozeki, bu istiqamətdə araşdırmaları davam etdirəcəyini vurğulayıb.