XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 14:43

Alimlər yanğın barədə xəbərdarlıq edən divar kağızı yaradıblar –Çində

Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına quraşdırılmış, qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır.

AZƏRTAC hi-tech.mail.ru saytına istinadla xəbər verir ki, Şanxay Keramika İnstitutunun alimləri material kimi hidroksiapatitdən istifadə ediblər. Bu maddə sümük və dişlərin əsas komponentini təşkil edir. Hidroksiapatit kifayət qədər kövrək və bərk maddədir. Lakin alimlər bu materialdan divar kağızlarının yaradılması üçün kifayət qədər elastik olan çox uzun nanoborular düzəldə biliblər.

“Bizim divar kağızlarımız möhkəm və elastikdir, onları istənilən kimi boyamaq mümkündür. Onlar oda, istiliyə davamlıdır və yanğın təhlükəsi barədə xəbərdarlıq edir”, – deyə tədqiqat qrupunun rəhbəri Yin Çje Çju bildirib.