Egey dənizində Yunanıstana məxsus Miraj 2000 tipli qırıcı qəzaya uğrayıb.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Yunanıstan mediası qəzaya uğrayan qırıcının türk təyyarələrinin qarşısını almaq üçün Egey dənizində yerləşdirilən donanmaya aid olduğunu yazıb.
Türkiyənin hərbi dairələri isə bu iddianı rədd edib.
“Həmin an ərazidə türk qırıcıları yox idi”, – deyə məlumatda bildirilib.
Yunan qırıcısının Egey dənizində, Skayros adası yaxınlığında qəzaya uğraması görüntüləri yayılıb.
Videoda qırıcının açıq dənizə düşdüyü bəlli olur/Axar.az.