XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2018 - 23:53

Nelson Mandelanı 27 il həbsdə hansı təşkilat yatırıb? –MKİ-nin keçmiş əməkdaşı tarixi sirri açdı

Cənubi Afrikada irqçiliyə qarşı mübarizədə simvol olan Nelson Mandela 1962-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xeyir-duası ilə 27 il müddətinə həbs edilib.

Bu barədə MKİ-nin keçmiş əməkdaşı Donald Riçard qeyd edib.

Agent bildirib ki, həmin dövrdə Sovetlər Birliyi istisna olmaqla ən təhlükəli kommunist Mandela olub. Bununla da, MKİ-nin keçmiş əməkdaşı Mandelanın 27 il həbsdə saxlanılmasının səbəbinə vurğu edib.

O deyib ki, Yohannesburqdan Durbana getmək üçün yola çıxan Mandelanın Natal yolunda olduğunu öyrəndikdən sonra bu barədə informasiyanı Cənubi Afrikanın hüquq-mühafizə orqanları ilə paylaşıblar.

Xatırladaq ki, 1960-cı illərdə Donald Riçard ABŞ-ın Cənubi Afrikadakı konsulunun köməkçisi vəzifəsini icra edib. Donald Riçard bu açıqlamanı bir neçə il əvvəl verib və bundan 2 həftə sonra vəfat edib/Teleqraf.com.