XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 00:17

Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib

Aprelin 15-də Yerin yaxınlığından böyük sürətlə nəhəng 2018 GE3 asteroidi keçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səma cisminin diametrinin 110 metrədək olduğu bildirilir.

“Tunqus” asteroidi ilə təxminən eyni ölçüdə olan 2018 GE3 asteroidi Yer kürəsindən 192 min km aralıdan keçib ki, bu da Ayadək olan məsafənin yarısına bərabərdir. Qeyd edək ki, astronomlar asteroidin Yerə  maksimal yaxın məsafəyə çatmasına 21 saat qalmış  aşkarlayıblar.