XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2018 - 21:40

Goranboyda ilanlar evlərə hücum etdi –FOTO

Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.

Rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib:

“Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yayda buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar”.

Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir/Report.