XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 16:55

Kral ailəsinə məxsus mavi almaz hərracda satılıb- 6,7 milyon dollara

Mavi almaz İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 6,7 milyon dollara satılıb. Alıcının kimliyi açıqlanmır.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, BBC-nin məlumatına görə, hərraca çıxarılan 6,1 karatlıq almaz İspaniya Kralı V Felipenin 1715-ci ildə evləndiyi Parma Dükünün qızı Elisabeth Farneseyə toy hədiyyəsi olub.

Üç yüz il boyunca İspaniya, Fransa, İtaliya və Avstriya zadəganlarının sahib olduğu bu nadir almazın Hindistanın Golconda mədənindən çıxarıldığı deyilir.