XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

22 May 2018 - 10:45

Bişkek merindən maraqlı etiraf:“Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”

 Qırğızıstanın paytaxtı Bişekekin meri deyib ki, insanların problemlərini yaxından görmək üçün hərdən görkəmini dəyişərək şəhəri gəzir.

Albek Ibraimov yerli mediaya danışıb ki, insanların onu tanımaması üçün köhnə paltarlar geyinir və saxta saqqal taxır, Fergana xəbər agentliyi yazır. “Köhnə paltar geyinirəm ki, heç kim bilməsin. Saqqal taxıram, qalustukumu çıxarıram və gedib baxıram ki, hər şey əslində necədir”, o deyir.

İbraimov bu açıqlamanı şəhərdə ən böyük sayılan Oş Bazarının bir hissəsini məhv edən yanğını müzakirə edərkən verib. O, bu sözləri yanğından sonra problemlə üzləşən ticarətçilərin məsələsindən xəbərdar olduğunu göstərmək üçün deyib. “Fergana” xəbər agentliyi deyir ki, bu cari ildə genişlənən pərakəndə ticarət mərkəzində üçüncü yanğındır. Merin sözlərinə görə, rekonstruksiya prosesi çərçivəsində burada müşahidə kameraları və yanğınsöndürən su qurğuları yerləşdiriləcək.

İbraimov həm də öz ehtiyatlarını və gəlirlərini yanğında itirənlərə maddi yardım da təklif edib.