XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 May 2018 - 23:22

“Facebook”dan yeni xidmət gəlir- Səsli paylaşım funksiyası

“Facebook” sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq səsli mesajlar rəngli fonda səsləndiriləcək.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin məlumatına görə, istifadəçilər mesajın fonuna adi şəkillərin dərcində olduğu kimi, stiker, smalik və şəkillər əlavə edə bilərlər. Bu funksiya ilk əvvəl Hindistan sakinləri üçün əlçatan olacaq, sonra başqa ölkələrin istifadəçiləri də bu funksiyadan yararlana biləcəklər.

Proqramçılar istifadəçinin mətni yığmağa vaxtı olmadıqda bu funksiyanın faydalı ola biləcəyi qənaətindədir.