Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenə də sadə vətəndaşların rəğbətini qazanan hərəkətləriylə yadda qalıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Zeytunburnu sahilindən keçərkən, açıq havada iftar süfrəsi açan sadə vətəndaşları gördükdə, Türkiyə prezidenti qəfildən avtomobil karvanını saxlatdırıb, onların yanına gəlib. İftar süfrəsi açanlarla söhbət edib, şəkil çəkdirən Ərdoğanın bu hərəkətləri insanlar arasında böyük maraq, sevgi və coşğuyla qarşılanıb.