XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 22:35

Kim Çen Inın oxşarı Rusiya-Uruqvay matçında iştirak edib –FOTO VİDEO

Samara şəhərindəki eyniadlı arenada Rusiya və Uruqvay yığmaları arasında keçirilmiş dünya çempionatının III tur matçında KXDR lideri Kim Çen Inın oxşarı iştirak edib.

“Report”un məlumatına görə, xarici görkəmindən Şimali Koreyanın dövlət başçısına çox bənzəyən şəxs azarkeşlərlə şəkil çəkdirməkdə fəal olub.

Onun haradan gəldiyi bilinmir. Sosial şəbəkələrdə “KXDR-in ali rəhbəri”nin iştirakının da Uruqvayla görüşdə Rusiyaya yardımçı olmadığına dair zarafatlar edilib.

Görüş cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvay A qrupunda 1-ci, Rusiya isə 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib.