XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 17:30

Yaşamaq üçün ən ucuz şəhərlər açıqlanıb- Siyahı

Yaşamaq üçün 560 avronun yetərli olduğu ən ucuz şəhər Misirin paytaxtı Qahirə şəhəri olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, reytinq cədvəlinin hazırlanmasında ilk bir ay üçün lazım olan vəsait nəzərdə tutulub. Bura mənzilin kirayəsi, internetin ödənilməsi, qidalanma, nəqliyyat və telefon daxildir.

İkinci yerdə Hindistanın Banqalor şəhəri (634 avro), üçüncü yerdə isə Buxarestdir (644 avro).

Reytinq cədvəlinə görə, ən bahalı şəhər Dubaydır (3,6 min avro). Avropa şəhərləri arasında isə London ən bahalı şəhər hesab olunur (2,7 min avro). Moskva 899 avro ilə 68-ci yerdə qərarlaşıb.