XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 18:02

Bütün mobil qurğular üçün universal USB kabel…- FOTO

Çinin “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş USB kabel mobil bazarda olan bütün smartfon və planşetlər üçün uyğun gəlir.

Azərtac “ilenta.com” saytına istinadla xəbər verir ki, “Xiaomi” şirkətinin istehsalı olan universal kabelin bir tərəfi “Micro-USB”, “USB-C” və “Lightning” konnektorlarına malikdir, digər tərəfi isə USB-dir. Aksesuar “Android” sisteminin idarəetməsi altında işləyən cihazların bir çoxunu və “iPhone 5”dən başlayaraq “iPhone” smartfonlarını enerji ilə doldura bilər.

Kabelin uzunluğu 1 metr təşkil edir. Bu kabellə “Apple” şirkətinin istehsalı olan smartfonları enerji ilə doldurmaq mümkündür, çünki “Xiaomi”nin universal USB kabeli “Apple MFi” sertifikatını alıb.