XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

29 İyul 2018 - 00:17

Yer üzərində “qanlı Ay” –Dünyanın müxtəlif yerlərindən nadir FOTOLAR

Dünya boyunca insanlar yadda qalan hadisənin şahidi olublar: Cümə günündən şənbəyə keçən gecə 21-ci əsrin ən uzun “Qanlı Ay” tutulması baş verib.

Ay tutulması vaxtı Günəş Yerin təbii peykini bilavasitə işıqlandırmır.

Lakin Yerin atmosferindən keçərək qırmızı çalar alan şüalar planetimizin səthindən əks olunaraq aya yönlənir. Bu, “Qanlı Ay” fenomeninə səbəb olur. 

Alp dağlarında buludsuz, yaxşı hava Ay tutulmasını maneəsiz müşahidə etməyə imkan verib.

Bəziləri Ay tutulmasını yaxşı izləmək üçün teleskoplardan istifadə edib. Taybeydə həvəskar astronomlar dəniz sahilində toplaşıblar. Ay tutulması 1 saat 43 dəqiqə çəkib. (BBC)