XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 19:16

“Selfi polisi” olacaq- Avstraliyada

Avstraliya hökuməti turistlərin təbii gözəlliklər fonunda şəkil çəkdirmək həvəsindən yaranan təhlükənin qarşısını almaq üçün yeni polis bölməsi – “selfi polisi” yaratmağı planlaşdırır. Çünki bir çox hallarda turistlərin bu cür istəkləri onların ölümü ilə nəticələnir.

Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, yeni bölmənin əməkdaşları foto həvəskarları arasında populyarlığı ilə seçilən yerlərdə növbə çəkərək, onları gözlənilən təhlükə barədə xəbərdar edəcəklər. Belə ərazilərin daha çox ölkənin qoruq rayonlarında olduğu bildirilir.

Həmin populyar obyektlərdən biri Kral Milli Parkında yerləşən qayanın çıxıntısıdır. Birbaşa okean üzərində yerləşən bu qaya selfi həvəskarlarının ən sevimli yeri hesab edilir. Lakin mütəxəssislərin rəyinə görə, kövrək qum dənələrindən ibarət olan qaya istənilən məqamda çökə bilər.

Əlavə olaraq bildirilir ki, turistlərin ölümü ilə nəticələnən hadisələr sırasında selfi altıncı yeri tutur.