XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2018 - 19:14

Riyaziyyatçılara nə üçün Nobel verilmir? –Ekspertdən şərh

“İbrahim Nəbioğlu Slavyan Universitetinin tələbələrinə Nobel mükafatı ilə bağlı mühazirəsində riyaziyyatçılara bu mükafatın verilməməsinin 3 variantını deyib. Onların 3-ü də düz deyil. Sonra mühazirənin məğzini əks etdirən məqalə paylaşıb”.

Strateq.az xəbər verir ki, bu sözləri təhsil üzrə tanınmış ekspert Etibar Əliyev Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, Alfred Nobel “Mesenat” olmaqla yanaşı, həm də, ixtiraçı idi: “Onun aparıcı elm sahələrinə verdiyi dəyər “Vəsiyyətnamə”sindən də görünür. Məşhur sənəddə riyaziyyatçıları ona görə nəzərdə tutmayıb ki, riyaziyyatın düsturları özündə praktik nəticə vermir. Həmin düsturlar təbiət və texniki elmlərdə daha çox tətbiqini tapır. Eynşteynin, Landaunun, Şredingerin, Əbdüs Salamın, Əhməd Zevaylın və digər alimlərin kəşflərindəki riyazi düsturlar buna əyani sübutdur. Tarix göstərdi ki, A. Nobel haqlıdır. 1936-cı ildə təsis olunmuş “Filds mükafatı” Nobel mükafatı qədər nüfuzludur və laureatara verilən məbləğ Nobel mükafatının məbləği qədərdir”.