XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 19:13

NASA kosmosa Günəşi öyrənən zond göndərdi –Aparat 7 il ərzində, min dərəcədə işləyəcək

NASA Kosmik Agentliyi günəşi araşdırmaq üçün fəzaya xüsusi zond göndərib.

Strateq.az Qərb mətbuatına istinadən xəbər verir ki,, raket avqustun 12-də Florida ştatındakı kosmodromdan buraxılıb.

Artıq 10 ildir ki, bu missiyaya hazırlıq görülürdü. “Parket” zondu günəşin təxminən 6 milyon kilometrliyinə yaxınlaşacaq. İndiyədək heç bir kosmik apparat günəşə bu qədər yaxınlaşmayıb. Zond günəş küləyi və günəşin atmosferini öyrənəcək. Aparat çox yüksək tempraturda-1000 dərəcəlik istidə işləməli olacaq və 7 il ərzində Günəş ətrafında 24 dəfə dövrə vuracaq.

Layihənin dəyəri 1,5 milyard dollardır.