XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 20:35

Türkiyədə 8 milyon yaşı olan kərgədan başı tapıldı –FOTO

Türkiyənin Çankırı şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində 8.5 milyon yaşı olduğu ehtimal edilən kərgədan başının qalıqları aşkarlanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ekspedisiyaya Ankara Universitetinin professoru, antropoloq Ayla Sevimli Erol rəhbərlik edir. O deyib: “Hazırda aşkarladığımız kərgədan kəlləsini torpaqdan çıxarmağa çalışırıq. Bu günədək kərgədanların üç müxtəlif növünə rast gəlmişik. Ümumilikdə bölgədə kərgədanlara aid 500-dək kəllə sümüyü aşkarlamışıq. Çankırıda kərgədanların kəllə sümüklərinin çoxluq təşkil etməsi bu bölgənin bol sulu ərazi olmasını təsdiqləyir”.