XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2018 - 10:25

Şərqi Asiyanın ən böyük teleskopu- Yaponiyada istifadəyə verildi

Kioto Universitetinin tədqiqatçılar qrupu tərəfindən təkcə Yaponiyada deyil, eyni zamanda bütün Şərqi Asiyada ən böyük teleskop istifadəyə verilib.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın qərbində, Okayama prefekturasındakı dağın zirvəsində yerləşən “Seimei” teleskopu jurnalistlərə təqdim olunub. Teleskopun diametri 3,8 metrə bərabərdir.

Alimlərin həmin teleskopu yaratmaqda məqsədi beynəlxalq layihələrə yönəldilən ən böyük teleskoplardan fərqli olaraq, müstəqil tədqiqatlar aparmaqdır. Onlar məsrəfləri azaltmaq üçün teleskop üçün orijinal hissələr də düzəldiblər.

Tədqiqatçıların əsasən qara dəliklərin əmələ gəlmə və ən yeni ulduzlarda partlayışların başvermə səbəblərinin araşdırılması ilə məşğul olacaqları bildirilir.