XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 20:49

Dünyada ən ucuz mobil rabitə hansı ölkələrdədir? –Statistika

Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır. 

“Report” “Vesti-Finance” nəşrinə istinadən xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər.

Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb.

Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var.  Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.