XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 19:20

Kanadada 23 milyon il əvvəl yaşamış heyvanların qalıqları aşkarlanıb –FOTO

 

Kanada muzeyinin əməkdaşı Daniellə Fraserin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən “Grasslands National Park”da aparılan arxeoloji qazıntılar zamanı 23 milyon il bundan əvvələ aid at, pişik və kərgədan qalıqları aşkarlanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, D.Fraser qalıqların miosen dövrünə aid olduğunu bildirib. O deyib: “Lap qədim dövrə aid olan bu qalıqları Kanadada tapmaq həqiqətən həyəcanverici və təəccüblüdür. Çünki son buz dövründən sonra Kanadada bu yaşda qalıqların aşkarlanması çox nadir haldır. Gələcəkdə arxeoloji qazıntılarımızı davam etdirərək kiçik gəmirici məməlilərin qalıqlarını axtaracağıq. Bu sahədəki tədqiqatımız təxminən 10 il davam edəcək”.