XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 23:46

Çində “ağıllı” çamadan istehsal olunub –Barmaq izi ilə açılır

 

 Çinin “Xiaomi” şirkətinin mütəxəssisləri bu yaxınlarda “90 Minutes Smart Unlock Suitcase” “ağıllı” çamadanını istehsal ediblər.

Uzaq səyahətlər üçün nəzərdə tutulan bu çamadanlar daktiloskopik sensorlarla təchiz olunub.

AZƏRTAC vladtime.ru saytına istinadla xəbər verir ki, çamadan barmaq izi ilə açılır və beş nəfərin barmaq izini onun yaddaşında saxlamaq mümkündür. Enerji təchizatının iki elementi texnologiyanın yarım il ərzində təmin olunmasına imkan verir. Enerji həcminin kəskin düşməsi zamanı enerji təchizatı üçün USB portundan istifadə etmək olar.

“90 Minutes Smart Unlock Suitcase”in karkası alüminiumdan, korpusu etibarlı polikarbonatdan hazırlanıb ki, bu da çamadanı və onun daxilində olan əşyaları korlamağa imkan vermir. Hazırda məhsulun qiyməti 145 ABŞ dollarıdır.