XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 18:41

“Rok-n-rol kralı”nın təkərlər üzərində evi hərraca çıxarılıb- Start qiyməti 13 min dollardan başlayıb

“Rok-n-rol kralı” Elvis Preslinin təkərlər üzərində evi ABŞ-da hərraca çıxarılıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hərracda evin start qiyməti 13 min dollardan başlayıb. Onlayn rejimdə keçirilən alqı-satqı “GWS Auctions” hərrac evi tərəfindən keçirilir. Qalib gələn şəxs Preslinin şəxsən özü tərəfindən 1967-ci ildə imzalanmış və notarial qaydada təsdiq olunmuş arayışı da əldə edəcək. Mülkiyyət hüququna dair həmin arayışı Elvis Presli evi alarkən hazırladıb.

Qeyd edək ki, Elvis Presli bu evi həyat yoldaşı Pristsillo ilə birgə 1967-ci ildə almışdı.