UEFA Gənclər Liqasının Çempionlar Yolunda çıxış edəcək “Qəbələ” klubunun rəqibləri müəyyənləşib.
Strateq.az “Report”a istinadən xəbər verir ki, AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi yarışa vəsiqə qazanan “qırmızı qaralar” I mərhələdə Moldova “Şerif”i ilə qarşılaşacaq. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.
“Qəbələ” “Şerif” səddini adlayacağı təqdirdə, “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün güclüsü ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab görüşü noyabrın 28-də səfərdə keçiriləcək.
Püşkatmanın nəticələri:
I mərhələ
“Altınordu” (Türkiyə) – HİK (Finlandiya)
“Jilina” (Slovakiya) – “Monpelye” (Fransa)
“Bazel” (İsveçrə) – “Hemilton Akademikal” (Şotlandiya)
“Dinamo” (Kiyev, Ukrayna) – “Septemvri” (Bolqarıstan)
“Elfsborq” (İsveçrə) – “Reykavik” (İslandiya)
“Anderlext” (Belçika) – “Admira Vakker” (Avstriya)
“Mityullan” (Danimarka) – “Bohemian” (İrlandiya)
“Çelsi” (İngiltərə) – “Mölde” (Norveç)
AEL (Kipr) – PAOK (Yunanıstan)
“Siqma” (Çexiya) – “Maribor” (Sloveniya)
“Qəbələ” (Azərbaycan) – “Şerif” (Moldova)
“Herta” (Almaniya) – “Lex” (Polşa)
“Astana” (Qazaxıstan) – “Vlajniya” (Albaniya)
“Anji” (Rusiya) – “Makkabi” (Təl-Əviv, İsrail)
“Viitorul” (Rumıniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Minsk” (Belarus) – “İlleş Akademiya” (Macarıstan)
II mərhələ
“Anderlext” (Belçika) – “Admira Vakker” (Avstriya) / “Dinamo” (Kiyev, Ukrayna) – “Septemvri” (Bolqarıstan)
“Mityullan” (Danimarka) – “Bohemian” (İrlandiya) / “Bazel” (İsveçrə) – “Hemilton Akademikal” (Şotlandiya)
“Altınordu” (Türkiyə) – HİK (Finlandiya) / “Jilina” (Slovakiya) – “Monpelye” (Fransa)
“Elfsborq” (İsveçrə) – “Reykavik” (İslandiya) / “Çelsi” (İngiltərə) – “Mölde” (Norveç)
AEL (Kipr) – PAOK (Yunanıstan) / “Minsk” (Belarus) – “İlleş Akademiya” (Macarıstan)
Qəbələ” (Azərbaycan) – “Şerif” (Moldova) / “Herta” (Almaniya) – “Lex” (Polşa)
“Astana” (Qazaxıstan) – “Vlajniya” (Albaniya) / “Viitorul” (Rumıniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Siqma” (Çexiya) – “Maribor” (Sloveniya) / “Anji” (Rusiya) – “Makkabi” (Təl-Əviv, İsrail)