XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 Sentyabr 2018 - 19:24

90 yaşlı qadın zənbilində mina ilə polis məntəqəsinə gəldi –Bütün bölmə təxliyyə olundu

Bu hadisə Köln ətrafındakı Leverkuzen şəhərində olub. Zənbilində sovet artilleriya minası olan almaniyalı 90 yaşlı pensiyaçı qadın polis məntəqəsinə gəlib.

AZƏRTAC xəbər verir ki, minanı 1943-cü ildə bu qadının həyat yoldaşı cəbhədən qayıdanda özü ilə gətirib. Bütün bu illər ərzində döyüş sursatı evdə – yazı masasının üstündə suvenir kimi saxlanılıb. Ərinin ölümündən sonra bu “suvenirdən” canını qurtarmaq istəyən qadın onu zənbilə qoyaraq polis məntəqəsinə gətirib. Bəli, o, məhz belə edib. Bölmədəkilər təcili olaraq təxliyə edilib. Buraya çağırılan istehkamçılar tam saz vəziyyətdə olan qumbaranı zərərsizləşdiriblər. Hadisənin şahidləri yüngül qorxu hissi keçiriblər.