XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2018 - 20:50

Antarktidanın ən dəqiq xəritəsi dərc olunub –FOTO

 

ABŞ-ın Ohayo ştatının Minnesota Universitetindən olan tədqiqatçılar qrupu Antarktidanın yüksək keyfiyyətli və ən detallı xəritəsini dərc edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xəritə qitənin təxminən 14 milyon kvadratkilometrlik ərazisini əhatə edir. Artıq Antarktidanın bütün dağlarının hündürlüyü və buz örtüyünün qalınlığı alimlərə hər santimetrinə qədər məlumdur.

Mütəxəssislər yüksək keyfiyyətli xəritəni hazırlamaq üçün “Blue Waters” superkompüterin köməyi ilə bir neçə milyon fotoşəklin üzərində işləyiblər. Antarktidanın ən detallı xəritəsinin faylı 150 terabayt həcmə malikdir.