XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2018 - 16:49

“Apple” yeni məhsullarını təqdim etdi:yeni model telefon iki kartlı olacaq

“Apple” şirkəti çərşənbə günü Kaliforniya ştatının Kupertino şəhərində “iPhone” telefonu və “Apple Watch” saatının yeni modellərini nümayiş etdirib.

Yeni 14.7 santimetr ölçüdə Xs, 16.5 santimetr ölçüdə Xs Max və 15.5 santimetr ölçüdə Xr üç “iPhone” telefon modellərinin ön displeyi daha möhkəmdir və qızıl, gümüş və qara rənglərdə polladdan hazırlanıb. Yeni modellər həmçinin iki SİM karta malik olacaq, onların yaddaş kartı 512 gigabayt təşkil edəcək, telefonla çəkilmiş foto şəkillərin keyfiyyəti daha yüksək, batereyanın xidmət müddəti isə daha uzun olacaq.

Xr telefonu Xs modelinin kamerasının daha təkmilləşdirildiyi modeldir. Arxası alüminium və şüşədən hazırlanmış telefon modelləri altı müxtəlif rəngdə hazırlanıb.

Yeni “Apple” saatının ekranı daha böyük, korpusu isə daha nazikdir. Yeni saat ürəyin funksiyasının təhlükəli məqamlarının aşkar edilməsi və elektrokardioqramın göstərilməsi kimi xüsusiyyətlərə malikdir.

(Amerikanın səsi)