XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 14:31

ABŞ-da 1,7 milyon dollara şəhər satılır  –FOTO

 

ABŞ-ın Corciya ştatında Tumsboro şəhəri demək olar, bütünlüklə satışa çıxarılıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Amerikanın “Craigslist” saytında yerləşdirilən xəbərdə bildirilir ki, şəhərin yeni alıcısı təkcə yaşayış binalarını deyil, mülki tikililəri – restoranı, oteli, dəyirmanı və hətta Tumsboronun məşhur opera teatrını alacaq.

Sadalananların hamısının bütünlükdə qiyməti – 1,7 milyon dollardır. Bu, ABŞ-ın bəzi digər iri şəhərləri, o cümlədən Nyu-Yorkdakı mənzillərin qiyməti ilə təxminən uyğun gəlir.

Restoran, dəyirman və opera teatrı ilə yanaşı, şəhərdə Viktorian üslubda tikilmiş otel, banket zalı, pambıq saxlamaq üçün anbar, qədim kresloları olan bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmir yolu deposu, süni göl, artezian quyusu və işlənilməmiş boksit yataqları var. Bu obyektlər şəhərin yeni alıcısına çatacaq.