XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 22:51

Meksikada ilginc hadisə –Yaşayış massivində içində 157 insan cəsədin olduğu yük avtomobili aşkarlandı

Meksikanın Qvadalaxara şəhəri yaxınlığında içində 157 cəsədin olduğu, soyuducu qoşqulu yük avtomobili aşkarlanıb.

Bu barədə “Mexico Daily News” məlumat yayıb.

Bildirilir ki, atılmış yük maşınının qoşqusu meyitlərin müvəqqəti saxlama yerinə məxsus olub.

Nəqliyyat vasitəsi yaşayış evlərinin yaxınlığında atılıb və yerli hakimiyyət orqanları bu barədə xəbərdar edilməyib. Tezliklə maşından gələn iy yerli əhalini ciddi narahat etməyə başlayıb.

Hazırda bununla bağlı təhqiqat başlayıb. Polis içində cəsədlərin olduğu yük maşınının əhalinin yaşadığı yerin yaxınlığında hansı şəraitdə və niyə gətirildiyini öyrənmək istəyir/Report.