XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 11:21

Tarixdə ilk dəfə asteroiddən görüntülər əldə olunub –Yapon zondu uğurlu eniş edib (FOTO)

 

“Xayabusa-2” zondundan buraxılan Yaponiyanın iki mini robotu tarixdə ilk dəfə asteroidin səthində uğurlu eniş edib və alimlərə fotolar göndəriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin rəsmi saytında məlumat verilir. Bir kiloqram çəkiyə malik iki MINERVA-II1 mobil tədqiqat robotu sentyabrın 21-də “Xayabusa-2” zondundan ayrılıblar.

Onlar yaxşı vəziyyətdədir və ən azı onlardan biri Ryuqu asteroidinin səthində hərəkət edir.

MINERVA-II1 tərəfindən lentə alınan fotolar robotların hərəkəti və günəş şüalarına görə bulanıq alınıb. Ümumilikdə agentlik üç foto dərc edib.