XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2018 - 12:16

Yaponiyada plastikdən elektromobil hazırlanıb- FOTO

Yapon tədqiqatçılar və mühəndislər qrupu tərəfindən tamamilə sintetik plastikdən elektromobil hazırlanıb.

AZƏRTAC xəbər verir ki, yeni elektromobil sentyabrın 28-də Tokioda ictimaiyyətə təqdim edilib. Onun Nazirlər Kabinetinin rəhbərlik etdiyi innovativ texnologiyalar proqramı çərçivəsində hazırlandığı bildirilir.

Futuristik dizaynda hazırlanan elektromobilin uzunluğu təqribən 4 metrdir. Plastikdən olan innovativ hissələr korpusun 90 faizini təşkil edir. Elektromobil adi maşınlardan 40 faiz yüngüldür.

Mühəndislərin bildirdiyinə görə, avtomobilə lazımi möhkəmliyi vermək üçün bir neçə müxtəlif plastik növü qarışdırılıb.