XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2018 - 14:55

“Tvitter”-də yaydığı açıqlama “Tesla” rəhbərinə baha başa gəldi –Elon Mask milyonlarla cərimə ödəyəcək və vəzifəsindən gedəcək

Elon Mask “Tesla” şirkətinin direktorlar şurasının sədrliyindən gedir.

Sentyabrın 29-da yayılan məlumata görə, belə bir razılaşma biznesmenlə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komisiyası arasında əldə olunub. Bu razılaşmanı məhkəmə də təsdiqləməlidir.

Əgər hər şey yaxşı getsə,Elon Musk şirkətin baş direktoru vəzifəsini qoruyub saxlayacaq. O, 45 gün ərzində direktorlar şurasının sədri kimi səlahiyyətlərini yerə qoymalıdır. Bundan başqa razılaşmaya əsasən o, 3 il ərzində bu vəzifə uğrunda mübarizə apara bilməz.

Elon Mask fırıldaqçılıqla bağlı ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsə də 20 milyon dollar cərimə ödəməli olacaq.

Bundan başqa “Tesla” şirkəti Elon Musk-un bəyanatından sonra zərər dəymiş investorlara ümumilikdə 40 milyon dollar ödəməlidir. Söhbət avqustun 7-də biznesmenin “Tvitter”-dəki açıqlamalarından gedir.

Elon Mask elan edib ki, şirkəti özəlləşdirmək və onun bütün aksiyalarını, onların bazar qiymətindən baha-420 dollardan almaq istəyir. Bu isə şirkətin səhmlərinin kəskin bahalaşmasına səbəb olub.

Amma sonda Elon Mask fiktindən daşınıb və bu belə bir şübhə doğurub ki, biznesmen bununla qəsdən səhmlərin bahalaşmasına təsir göstərib. Amma bu razılaşma Elon Masku fırıldaqçılıq maddəsi ilə ittihamdan sığortalamır və Baş prokurorluq ona qarşı belə bir ittiham irəli sürə bilər.

Razılaşmaya əsasən Elon Maskı direktorlar şürasının sədrliyində müstəqil menencer əvəz edəcək.

Qeyd edək ki, Elon Maskın yaratdığı “Tesla” şirkəti son 100 ildə ABŞ-da ən uğurlu avtomobil şirkətlərdən biri hesab olunur.

(Azadlıq radiosu)