XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 12:32

Dünyanın ən yaxşı muzeyləri- Reytinq açıqlanıb

Turistlər arasında populyar olan “TripAdvisor” saytının istifadəçilərinin versiyasına əsasən dünyanın ən yaxşı muzeylərinin siyahısı dərc olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 1850-1910-cu illərdə Avropanın rəsm və heykəltəraşlıq üzrə ən böyük külliyyatının toplandığı Parisin Orse təsviri sənət muzeyi reytinqə başçılıq edir.

Reytinqdə ikinci və üçüncü yerlərdə Nyu-Yorkda yerləşən 11 sentyabr Milli Memorial muzeyi (2001-ci ildə hücuma məruz qalan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində tikilən kompleks) və Metropoliten-muzey qərarlaşıb.

Dünyanın 25 muzeyinin yer aldığı siyahıya Sankt-Peterburqdakı Dövlət Ermitajı da daxil olub.