XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 15:50

Lotereyada 1.6 milyard dollarlıq cekpot uduldu –ABŞ tarixində rekord

“Mega Millions” lotereyası çərçivəsində 1.6 milyard ABŞ dollar həcmində mükafat oynayılıb. Bu, ABŞ tarixinin ən böyük cekpotudur.

Rekord məbləğli lotereya çərşənbə axşamı Corciya ştatının Atlanta şəhərində oynanılıb. Keçən cümə, 19 oktyabrda mükafat təxminən bir milyard dollara çatsa da, biletlərin heç birində seçilən altı rəqəm olmadığından, cekpot qalibinin müəyyən edilməsi növbəti həftəyə qaldı.

Budəfəki lotereyada, rəqəmlərin elanından dərhal sonra qalibin olduğu müəyyən edildi. Uğurlu biletin Cənubi Karolinada satıldığı bildirilir. Qalib mükafatı dərhal əldə etmək istəsə, ona birdəfəlik “yalnız” 904 milyon dollar ödəniləcək. Tam mükafatı əldə etmək istəyən şəxs isə, bunu 29 il ərzində, ildə “cəmi” 55 milyon dollar almaqla edə biləcək. Qaliblərin sayı bir neçə nəfər olduğu halda, onlar mükafatı öz aralarında bölməli olacaqlar.

Bundan öncə, rekord 2016-cı ilin yanvar ayında oynanılan Powerball lotereyasına məxsus idi. O zaman mükafat 1.59 milyard dollar həcmində idi.