XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 13:44

İnsanın təbii dişlərini bir günə bərpa etmək olar:Protez tarixə çevriləcək?

İnsan dişlərini yalnız bir gündə bərpa etmək olar.

Azertag.az informing.com saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın Şeffild Universitetinin alimləri dişlərin bərpa prosesini öyrəndikdən sonra bu qənaətə gəliblər. Köpək balıqlarında dişləri bərpa etmək qabiliyyəti var. Tədqiqat aparan alimlər bu dəniz yırtıcılarında dişlərin bərpasına və yenidən çıxmasına kömək edən genləri aşkarlayıblar.

Tədqiqat qrupunun rəhbəri Qarret Freyzer bildirib ki, köpək balığında dişlərin artımına müsbət təsir göstərən 400 gen var. Onun sözlərinə görə, insanlarda da oxşar genlər mövcuddur, amma onların sayı köpək balıqlarında olduğundan xeyli azdır.

Tədqiqatçılar müəyyən ediblər ki, köpək balıqlarında olan genlər diş bərpası uğrunda daim “çalışır”. Ancaq insanlarda bu genlər daimi dişlər çıxdıqdan sonra ölür və ya fəaliyyətini dayandırır.

Əgər alimlər lazımi genləri canlandırmağın metodikasını işləyib hazırlasalar, diş protezlərinə ehtiyac qalmayacaq.