XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 09:57

Azərbaycanlı tərcüməçinin səhvi Rusiya rublunu bahalaşdırdı –"Sanksiyalar olmayacaq" yanlışı banklara dəyər qazandırıb

“İnterfaks” xəbər verir ki, Azərbaycan tərcüməçisinin səhvi nəticəsində Rusiya rublunun məzənnəsi hərraclarda kəskin artdı. 

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana baş çəkmişdi. Bakıda brifinqdə çıxış edərkən o bildirmişdi ki, “ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə baxmır”. Sonra aydınlaşdı ki, ABŞ nümayəndəsi az qala bunun əksini deyibmiş, ancaq Azərbaycan dilinə tərcümədə sitat təhrif olunub.

“Biz hərəkətləri, hansılar ki, kimyəvi silahın tətbiqi haqqında qanunvericiliyə uyğun olaraq təşəbbüs etməyə məcbur edilə bilərik,  öyrənməyə davam edirik. Hal-hazırda qərar qəbul edilməyib”, – “Bloomberg” onun əsl ifadəsini sitat gətirib.

Nəticədə rubl demək olar ki, 70 qəpik bahalaşdı, dolların məzənnəsi 65 rubl aşağı düşdü. “Əmanət bank”ın səhmləri 4%, VTB-nin aksiyaları isə 2% artdı.