XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2018 - 17:28

85 saniyədə 1 milyard dollarlıq mal satdılar –Çində “Subaylar Günü” şok rekord vuruldu

Çində hər ilin 11 noyabr tarixində keçirilən “Subaylar günü” münasibəti ilə alış-veriş kampaniyası bu dəfə yeni rekordla əlamətdar olub.

Eurasia Diary xəbər verir ki, ənənəvi olaraq keçirilən “Singles Day”da Çinin əsas onlayn alış-veriş saytı olan “Alibaba.com” vasitəsi ilə 85 saniyədə 1 milyard dollarlıq mal alınıb. Qeyd edək ki, keçən il 1 milyardlıq hədd 2 dəqiqənin yekununda keçilmişdi.

Məlumata görə, keçən il “Subaylar günü”ndə “Alibaba” vasitəsi ilə 12 saatda 18 milyard dollarlıq hədiyyə alınmışdı. Bu il isə 1 saatın tamamında 10 milyard dollar xərclənib.

Artıq alış-verişin həcminə görə Çindəki “Subaylar günü” ABŞ-dakı məşhur “Black Friday”ı da geridə qoyub.