XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 20:39

Trampın kortejinin qarşısını kəsdilər, Putinin təyyarəsi gecikdi –Liderlər anım mərasiminə qatılmadı

Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi mərasimi Parisdə olan 70-dən çox dövlət və hökumət rəhbərinin müharibə qurbanlarının xatirəsinə həsr olunmuş marşı ilə başlayıb.

Marşda ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin iştirak etməyiblər.

Donald Trampın tədbirə gec qatılmasına səbəb Femen qrupunun üzvünün onun kortejinin qarşısına çıxması olub.

Rusiya prezidenti Vladimir Putin isə anım mərasiminə qatılan ən sonuncu dövlət rəhbəri olub. Təyyarəsi gecikdiyindən o, hava limanından birbaşa anım tədbirinə gəlib.