XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 22:10

Sinxron tərcümə edə bilən qulaqlıqlar satışa çıxarılacaq –3 rejimdə işləyəcək

Çinin “Timekettle” startapı sinxron tərcümə funksiyasına malik “WT2” adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, qulaqlıqlar görünüşcə “AirPods”a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.

Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:

avtomatik – real vaxt rejimində ünsiyyəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);

əl rejimi – hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);

sual rejimi – yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir).