XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2018 - 18:23

Süni intellekt insanın gözlərinə görə onun yaşını müəyyənləşdirəcək

Moskva Dövlət Universitetinin alimlər qrupu və “HautAI OU” texnologiya startapı tərəfindən birgə hazırlanmış “PhotoAgeClock” süni intellekti insanın gözlərinə görə onun yaşını müəyyənləşdirəcək.

AZƏRTAC “life.ru” saytına istinadən yazır ki, alimlərin sözlərinə görə, neyron şəbəkəsi gözlərin ətrafındakı sahəni təhlil edərək insanın yaşını daha dəqiq müəyyənləşdirəcək.

“PhotoAgeClock” süni intellekti 8414 insan şəkli üzərində öyrədilib. Bundan sonra süni intellekt başqa şəkillər üzərində sınaqdan keçirilib və insanların yaşını 2,3 yaş dəqiqliyi ilə müəyyənləşdirib.