XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 14:26

Azərbaycanda dünyanın ən qədim stolüstü oyunu tapıldı –Qobustanda tapılan lövhə arxeoloqları heyrətləndirdi

Qobustan qoruğunda dörd min il yaşı olan stolüstü oyun lövhəsi tapılıb.

Strateq.az Rusiyanın “Zvezda” telekanalına istinadən bildirir ki, oyun lövhəsi arxeoloqların axtarışları nəticəsində üzə çıxıb. Daş lövhə qaya üzərində olan sığınacaqdakı daşdan kəsilib. Guman olunur ki, bu, min illər əvvəl qədim maldarların oynadığı dünyanın ən qədim oyunlarından biridir.  Tədqiqatçılar tapıntını üzərindəki oyulmuş dairələrə görə, “58 deşik” adlandırıblar. Oyunun həmçinin qədim zamanlarda Yaxın Şərqdə populyar olan “ tazılar və çaqqalar” adlanan oyun ola biləcəyi ehtimal edilir.

Arxeoloq Hovard Karter tapıntını qədim Misir fironlarının ehramlarından tapılan oyunla oxşarlığını müəyyən edib. Maraqlıdır ki, oyunun Azərbaycanda tapılmış versiyası Misirdəkindən bir neçə yüz il qədimdir.

Guman olunur ki, oyunun qaydasına görə, dairələri hamıdan tez tutan qalib gəlirmiş. Oyun üçün sümük parçalarından istifadə edilib.