XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 18:08

Kompüterin yanında duz lampaları qoyun –Baş ağrısı və stressi aradan qaldırır

Dağlıq və dağətəyi bölgələrdə, meşədə, dəniz və çay kənarlarında, eləcə də yağışdan sonrakı təmiz, gözəl havanı udmaq orqanizmə xoş təsir edir. Bunun əsas səbəbi neqativ ionların havaya təzəlik, canlılıq və təravət verməsi və zərərli bakteriyaların azalmasıdır. Neqativ ionlara “hava vitaminləri” də deyirlər.

Bu barədə AZƏRTAC-a müsahibəsində həkim-fioteterapevt Fizuli Hüseynov məlumat verib. Onun təklif etdiyi duz lampaları həmin ionların orqanizmə göstərdiyi müsbət təsir gücünə əsaslanır: “Məişətdə istifadə olunan elektrik alətlərinin havaya yaydığı ion seli orqanizmin təbii elektrik yükündən çoxdur. Mənzil və iş yerləri kompüter, telefon, televizor kimi cihazların yaydığı müsbət ionlarla doludur. Bunun nəticəsində vaxtının çoxunu kompüter qarşısında keçirənlərdə əsəb gərginliyi, yuxusuzluq və halsızlıq yaranır. Bu qədər elektrik yükü orqanizmdə bəzi hüceyrələrin zədələnməsi və bəzilərinin isə aqresivləşməsinə səbəb olur”.

Həkim-fitoterapevt bu sahədə çıxış yolunu da göstərib: “Ətraf mühitdə olan müsbət ionları neytrallaşdırmaq, onların orqanizmə göstərdiyi mənfi təsirləri aradan qaldırmaq üçün duz lampalarından istifadə etmək olar. Kristal duzun içərisinə yerləşdirilmiş lampa yanarkən duz azacıq isinir və ətrafdakı rütubəti lampa üzərinə toplayır. Nəticədə nəmlənən kristal duz ətrafına mənfi ionlar saçır. Onlar ətrafdakı müsbət yüklü ionlarla birləşərək onu neytrallaşdırır, bəzi müsbət yüklü ionların zərərli təsirindən qoruyur.

Kompüterin yanına qoyulan duz lampası həm xoş görünüş bəxş edir, həm də otağın elektrik yükünü azaldır, baş ağrıları, stress və yuxusuzluğu aradan qaldırır. Enerji və əhvali-ruhiyyənin yüksəlməsinə havada mənfi ionların olması müsbət təsir göstərir. Duz lampalarını yataq otağında gecə lampası yerinə işlətmək də çox faydalıdır.

İndiyədək bir çox alimlər mənfi ionlar saçan aparatlar düzəldiblər. Mən bir həkim kimi duz lampasını daha düzgün və səmərəli hesab edirəm, çünki onun ətrafa saçdığı ionlar təbiidir. Təbii olan isə hər bir zaman faydalıdır.”