İranın ən yaşlı vətəndaşı vəfat edib.
Strateq.az “Təsnim” İA-ya istinadla xəbər verir ki, ölkənin qərbindəki Lurestan vilayətinin Dorud kəndində anadan olmuş Güli Papinin 140 yaşı vardı.
Qocalar evində dünyasını dəyişən xanım Nəsrəddin şah dövründə doğulmaqla, ölkə tarixinin 3 böyük mərhələsinin canlı şahidi olub: Qacar sülaləsi, Pəhləvi sülaləsi və İslam Respublikası dönəmləri.
O, 3 əsrin (XIX, XX, XXI) canlı şahidi idi. Güli Papinin yaşadığı 140 ildə İranda Qacar sülaləsinin – 4, Pəhləvilərin – 2 şahı taxt-tac sahibi olub, İslam Respublikasına isə iki ali lider rəhbərlik edib.