XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2018 - 15:24

Şahzadə Diananın ipək paltarı 202 min dollara satılıb- Hərracda

Şahzadə Diananın (1961-1997) 1994-cü ildə 200 funt-sterlinqə (255 dollar) aldığı fil dişi rəngli ipək paltarı Londonun “Kerry Taylor” hərracında 161 min funt-sterlinqə (202 min dollar) satılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, paltarı ABŞ-ın muzeylərindən biri alıb. Diana modelyer Devid Emanuel tərəfindən hazırlanan paltarı 1986-cı ildə Bəhreyndə keçirilmiş kral tədbirində geyinib, səkkiz il sonra isə onu xeyriyyə təşkilatına bağışlayıb.

Böyük Britaniyanın hazırkı kraliçası II Elizabet – Elizabet Aleksandra Mariyanın sevimli kuklası kolleksiyaçılar üçün daha bir maraqlı lot olub. 1935-ci ildə “Chad Valley toys” kompaniyasının fabrikində istehsal olunan 35,5 santimetr hündürlüyə malik mavi gözlü kukla 3,1 min funt-sterlinqə (3,9 min dollar) alıcı tapıb.

Elizabet və bacısı Marqaret böyüdükdən sonra oyuncaq onların dayəsi Klara Nayta qalıb, o da gəlinciyi Şərqi Sasseks qraflığında yaşayan qohumlarına göndərib. Sonradan dayənin ailəsi kuklanı satışa çıxarıb və o, şəxsi kolleksiyaya düşüb.