XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 17:33

Dünyada ən bahalı çörək İspaniyada satılır- 192 avroya

Xuan Manuel Morenonun çörəkxanasında çörək-bulka məmulatının ən eksklüziv növü qızıl pudra ilə örtülmüş dəyirmi formalı çörəkdir. Onun çəkisi 400 qramdır.

AZƏRTAC xəbər verir ki, reseptə görə, bu çörək İslandiyadan gətirilmiş təmiz sudan və çörəkçinin özünün hazırladığı mayadan istifadə etməklə bişirilir. “Qızıl” çörəyin qiyməti 192 avrodur. Daha üç çörək növünün tərkibində qiymətli metallardan – qızıl və gümüşdən yeməli pudra var. Bu çörəklər də bahalıdır. Ən ucuzunun qiyməti 98 avrodur.

Bir neçə həftə əvvəl Xuan Manuelin adı “Ruta del Buen Pan 2018”in versiyasına görə ən yaxşı çörəkçilər siyahısına daxil edilib.