XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 23:15

Yaponiyada ev heyvanını əvəz edən robot satışa çıxarılıb- Qiyməti təxminən 5 min dollardır+FOTO

Yaponiyada ev heyvanını əvəz edə bilən süni intellektli robot satışa çıxarılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Groove X” kompaniyası tərəfindən ələ götürülmək üçün hazırlanan “Lovot” (Love və robot sözlərinin kombinasiyası) öz sahiblərini yadda saxlaya bilir. Güclü kompüter və süni intellekt sistemi ilə təchiz olunan robot yelləndiyi zaman yatır, həmçinin müxtəlif məharətlər göstərir.

Robot ona quraşdırılan kamera sayəsində təhlükəsizlik və evdə tək qalan uşaqlara nəzarət sistemi kimi də istifadə oluna bilər. O, ətrafında olan insanların davranışını təsbit edir və buna uyğun olaraq onlara münasibət göstərir. Məsələn “Lovot” onu vuran və ya xətrinə dəyən insandan qaçmağa başlayır.

Cüt halda satılan robotun qiyməti təxminən 5 min dollardır.