XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 13:26

Putin Rusiya istehsalı olan “YotaPhone 2” markalı ağıllı cib telefonu işlədir? –Peskovdan açıqlama

“Rusiya Prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir. Bilirəm ki, onun cib telefonu yoxdur”.

Bunu “Rusiya 24” kanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov əlavə edib ki, prezident mətbuat katibi və yaxud köməkçiləri vasitəsilə istənilən ünvanla və yaxud hər kəslə rahat şəkildə rabitə əlaqəsi yarada bilir: “Putin, eyni zamanda, ünsiyyət qurmaq üçün daxili və dövlət telefonlarından istifadə edir”.

Qeyd edək ki, bu ilin fevral ayında Kurçatov İnstitutunun Araşdırmalar Mərkəzinin rəhbəri Mixail Kovalçukla görüşü zamanı Vladimir Putin özü də smartfondan istifadə etmədiyini demişdi.

Söhbət əsnasında mərkəz rəhbəri bildirmişdi ki, bu gün hər kəs smartfondan istifadə edir. Putin isə “Sənin söylədiyin “hər kəsin smartfonu var” fikrilə qətiyyən razı deyiləm. Şəxsən mənim smartfonum yoxdur” – deyə etirazını ifadə etmişdi.

Lakin Rusiya prezidenti mobil telefondan nə üçün istifadə etmədiyini açıqlamamışdı.

Ancaq 2015-ci il dekabrın 15-də haberrus.com-un yaydığı xəbər isə Peskovun Putin haqqında dediyi fikirlərə kölgə salır.

Belə ki, sözügedən sayt Putinin işlətdiyi smartfonun Türkiyədə satışa çıxarıldığını, eyni zamanda mobil telefonun görüntüsü və texniki xüsusiyyətləri barədə kifayət qədər məlumat vermişdi.

Bildirilirdi ki, Putinin işlətdiyi Rusiya istehsalı olan “YotaPhone 2” markalı ağıllı cib telefonu özəl imkanlara malikdir.

Yeri gəlmişkən, qeyd edək ki, mətbuatda Putinin internetdən də istifadə etmədiyi barədə məlumatlar yer alıb/Teleqraf.com.